EN

Bu vərdiş depressiyadan uzaqlaşdırır

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sağlam həyata addım atmaq və həyat keyfiyyətini artırmaq istəyənlərin qidalanma vərdişləri kimi gündəlik rutinlərinə də diqqət etməsi vacibdir. Lakin həyat keyfiyyətini artırmaq üçün bu təkcə kifayət etmir. Nə qədər sağlam qidalansanız da, stres və depressiya səbəbilə həyat keyfiyyətiniz azala bilər.

Zehnə və bədənə ciddi şəkildə təsir edən depressiyadan qorunmaq və daha sağlam həyata keçid etmək üçün gündəlik həyatınıza bəzi vərdişləri daxil edə bilərsiniz. 

News24.az xəbər verir ki, bədəni və zehni qorumağın əsas yollarından sayılan bu praktik vərdişlər aşağıdakı kimidir:

1. Bitki çayları içmək: Çobanyastığı, melisa və lavanda çayı kimi bitki çayları əzələləri rahatladaraq sakitləşdirici təsir göstərir. Bu çaylar zehni də dincləşdirir və yuxuya getməni asanlaşdırır. Həmçinin, narahatlıq səviyyəsini azaltmağa kömək edir və depressiyadan uzaq qalmağı təmin edir.

2. Təbiətdə gəzintiyə çıxmaq: Meşədə, dəniz kənarında və ya parklarda təbiət içində gəzmək və ya səssiz mühitlərdə vaxt keçirmək stress və narahatlıq səviyyələrini azaldır. Quşların səsi, yağışın səsləri və küləyin xışıltısı kimi təbii səslər də zehni sakitləşdirici təsirə malikdir.

3. Nəfəs məşqləri: Zehni sakitləşdirmək və depressiyadan uzaq qalmaq üçün “4-7-8” üsulunu tətbiq edə bilərsiniz. Bu üsul sinir sistemini sakitləşdirir və narahatlığı azaldır. 4 saniyə dərin nəfəs alın, 7 saniyə nəfəsi tutun və 8 saniyə ərzində yavaş-yavaş buraxın.

4. Meditasiya etmək: Meditasiya və fərqindəlik məşqləri zehni sakitləşdirir və rahatlıq verir. Gündə yalnız 5–10 dəqiqə səssiz şəkildə oturub nəfəsinizə və bədəninizə fokuslanmaq kifayət edir. Bu vərdiş düşüncələri yavaşladır və zehni toplamağa yardım edir.

Məryəm İlhamqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
0
1
icma.az

2Sources