EN

ABŞ Qrenlandiyaya qoşun yeridə bilər

ABŞ Kanadanı ilhaq etməyi planlaşdırırmır.
Editor.az bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib: “Heç vaxt o nöqtəyə çatacağımızı düşünmürəm.

Bu, baş verə bilər, Qrenlandiya ilə bağlı nəsə ola bilər. Açığını deyim, bu, milli və beynəlxalq təhlükəsizlik üçün bizə lazımdır. Düşünürəm ki, bu, çox az ehtimaldır, Kanadada bunu görmürəm. Sizinlə dürüst olmalıyam”, – Tramp deyib.
Bundan əlavə, Ağ Evin rəhbəri hərbi ehtiyaclara ən az pulun Kanadanın xərclədiyini vurğulayıb.

“Onlar NATO-ya hər hansı bir ölkədən daha az pul ödəyirlər. Onlar düşünürlər ki, biz onlara subsidiya veririk, düşünürlər ki, biz onları qoruyacağıq. Amma həqiqət budur ki, onlar öz paylarını tam ödəmirlər və bu, ABŞ və vergi ödəyicilərimiz üçün ədalətli deyil”, – Tramp deyib.

ABŞ-ın Qrenlandiya ilə bağlı planları və ona qarşı mümkün hərbi güc tətbiqi barədə əlavə sual verildikdə, Tramp belə niyyətlərini nə inkar edib, nə də təsdiqləyib. “Mən bunu edəcəyimi demirəm, amma heç nəyi istisna etmirəm. Bizə bu lazımdır. Bizə Qrenlandiya həqiqətən lazımdır. Qrenlandiya bizim qayğısına qalacağımız çox kiçik bir qrup insandır, biz onları və bütün bunları qiymətləndiririk, lakin beynəlxalq təhlükəsizlik üçün bu lazımdır”, – Amerika prezidenti yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Chosen
0
editor.az

1Sources