EN

Alın damarından qan sızdırılması həqiqətən müalicəvidir? ADİL QEYBULLA AÇIQLADI VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan və sürətlə diqqət çəkən bir videoda pasientlərlərin sağlamlıq problemlərinə qarşı tətbiq edilən qeyri-adi müalicə üsulu geniş müzakirələrə səbəb olub. Görüntülərdə vətəndaşların alnından qan sızması ilə müşayiət olunan prosedur, izləyicilər arasında müxtəlif suallar doğurub. Hər hansı tibbi izah verilmədən yayılan bu video ciddi sağlamlıq risklərini gündəmə gətirib. 

Mövzu ilə bağlı Avtosfer.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib:

"Ümumiyyətlə, belə prosedurlar tibbi şəraitdə həyata keçirilmir. Görüntülərdə çıxarılan qan venoz qandır. Bu, qan buraxma proseduruna bənzəyir və onu bədənin müxtəlif nöqtələrindən almaq mümkündür. Amma diqqət edilməli olan odur ki, bu, müasir tibbi əsaslara söykənən bir prosedur deyil. Videoda istifadə olunan əlcəklər tibbi yox, məişət əlcəkləridir və steril şəraitə əməl olunmur. Belə hallarda infeksiyalaşma riski çox yüksəkdir. Bu cür prosedurların qeyri-peşəkar insanlar tərəfindən, tibbi göstərişsiz və gigiyenik qaydalara əməl olunmadan aparılması insan sağlamlığı üçün ciddi təhlükə yaradır."

Unutmayaq ki, tibbi prosedurlar yalnız peşəkar həkimlər tərəfindən, uyğun şəraitdə və elmi əsaslarla həyata keçirilməlidir.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
0
icma.az

1Sources