EN

Almalı yaş keks necə hazırlanır?

Almalı yaş keks - həm meyvəli, həm də içi nəmli olduğu üçün çox ləzzətli şirniyyatdır.

Milli.Az bildirir ki, almalı yaş keksi bu cür hazırlaya bilərsiniz:

Əvvəlcə 3 ədəd almanı rəndələyin və bir az darçınla birlikdə tavada 5-6 dəqiqə bişirib soyudun. Keks xəmiri üçün 3 ədəd yumurta ilə 1 stəkan şəkəri çalın, üzərinə yarım stəkan duru yağ, 1 stəkan süd əlavə edib qarışdırın. Sonra 2 stəkan un, 1 paket qabartma tozu, 1 paket vanil qatıb qarışdırın. Sonda bişirdiyiniz almaları xəmirlə birləşdirin.

180 dərəcədə təxminən 35-40 dəqiqə bişirin. Bişdikdən sonra üzərinə yarım stəkan südlə 2-3 xörək qaşığı şəkəri qarışdırıb tortun üzərinə tökün ki, keks islanıb daha nəmli və yumşaq olsun.

İstəsəniz, üzərinə qoz ləpəsi və ya toz şəkər də səpə bilərsiniz. Hazır olarkən həm ətirli, həm də yaş keks alınır.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Chosen
0
1
milli.az

2Sources