Bakının Xəzər rayonu ərazisindən keçən yolda baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Far.Az-ə bildirilib.
Qeyd edilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***17:36
Bakının Xəzər rayonu ərazisindən keçən yolda "Qazel" yanır.
Bu barədə görüntülər Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Türkan-Şüvəlan yolunda qeydə alınıb. Hadisə şahidinin sözlərinə görə, yanğın hazırda da davam edir.
Sözügedən kadrları təqdim edirik: