EN

Özbəkistan Mərkəzi Asiyada regional əlaqələrin yaxşılaşdırılmasında AİB-in dəstəyinin artırılmasına ümid edir

Milan. Trend:

Özbəkistan Mərkəzi Asiyada regional əlaqələrinyaxşılaşdırılmasında Asiya İnkişaf Bankının (AİB) dəstəyininartırılmasına ümid edir.

Trend-in Milanaezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu AİB-inÖzbəkistan üzrə idarəçisi Cəmşid Xocayev bu gün AİB idarə heyətişurasının biznes-sessiyasında çıxışı zamanı bildirib.

"AİB bizim ən dəyərli və ən böyük inkişaf tərəfdaşlarımızdanbiri olaraq qalır. Son beş il ərzində bank milli prioritetlərimizidəstəkləmək üçün 5,4 milyard dollardan çox vəsait ayırıb. Biz,həmçinin, islahatları birgə hazırlayaraq həyata keçirərkən AİB-inkiçik və orta sahibkarlığın inkişafından tutmuş yaşıl keçidə vəpotensialın yaradılmasına qədər müxtəlif sahələrdə texnikiyardımından əhəmiyyətli dərəcədə faydalanmışıq".

Xocayevin sözlərinə görə, 2024-2028-ci illər üçün ÖlkəTərəfdaşlıq Strategiyasına uyğun olaraq, AİB ölkə iqtisadiyyatınıdaha dayanıqlı, əhatəli və yaşıl iqtisadiyyata çevirmək üçün ümumiöhdəliyi bölüşərək, Özbəkistan Hökuməti və digər əsas maraqlıtərəflərlə sıx əməkdaşlığı davam etdirir.

"Biz iqtisadi gələcəyə nikbin baxırıq. 2025-2026-cı illərdəartım templərini ən azı 6% səviyyəsində saxlamağı gözləyirik.Bununla belə, qlobal iqtisadiyyatda yeni çağırışlar vəqeyri-müəyyənliklə üzləşirik.

Bu kontekstdə regional və transsərhəd tərəfdaşlıqlarıngücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Rəqəmlər özünügöstərir: Mərkəzi Asiya ölkələri ilə ticarətin həcmi 2,5 dəfə artıb- 2017-ci ildəki 3,3 milyarddan 2024-cü ildə 8,1 milyarda çatıb.Bu, regionda və ondan kənarda artan iqtisadi proqnozlaşdırılabilənliyi və etimadı nümayiş etdirir. Biz Mərkəzi Asiya və Qafqazölkələri ilə əməkdaşlığı genişləndirməklə bu sürəti saxlamaqniyyətindəyik. Bu baxımdan, biz bir sıra əsas sahələrdə AİB-indəstəyinin artırılmasına ümid edirik.

Birincisi, regional əlaqənin təkmilləşdirilməsi, iqlimdəyişikliyi ilə birgə mübarizə və su ehtiyatlarının idarəedilməsinin optimallaşdırılması. AİB potensialın artırılması vəregional layihələr vasitəsilə bu səylərə töhfə verə bilər.İkincisi, layihə prosedurlarını sadələşdirmək və milli satınalmasistemlərindən istifadə etməkdir”.

Xocayev vurğulayıb ki, Dünya Bankının müsbətqiymətləndirməsindən sonra Özbəkistanda layihələr üçün satınalmamüddətləri 4-6 aydan cəmi 10 günə endirilib.

"Artan institusional potensialımızı nəzərə alaraq, biz hesabedirik ki, hazırda AİB-in layihənin icrasını sürətləndirmək üçünoxşar yanaşma tətbiq etməsi üçün ən uyğun vaxtdır. Üçüncüsü, bizAİB-də aparılan institusional transformasiyanı alqışlayırıq vəregional mərkəzlərə ekspertizanın daha da mərkəzsizləşdirilməsinidəstəkləyirik - xüsusilə texniki yardım, iqlim, su və əlaqə iləbağlı sorğulara operativ cavab vermək üçün.

Qlobal iqtisadi qeyri-sabitliyə baxmayaraq, Mərkəzi Asiyadavamlı inkişaf və sabitlik regionu kimi seçilir. 2024-cü ildəregionun ümumi xarici ticarət dövriyyəsi təqribən 95 milyarddollara çatıb. Bu müsbət dinamikanı saxlamaq üçün biz regionaliqtisadi əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafda AİB-indavamlı fəal dəstəyini səbirsizliklə gözləyirik”, - o əlavəedib.

Chosen
0
3
az.trend.az

4Sources