EN

Rusiyadan Azər Badamovun ölkəyə buraxılmamasına - Reaksiya

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Azər Badamova qarşı yol verilən addımın onun rusiyalı həmkarı Nikolay Valuyevin azərbaycanlılara qarşı söylədiyi həqarət dolu fikirlərə cavab verməsinə görə atıldığı ehtimal olunur.

“Qafqazinfo” xəbər verir ki, TASS-a açıqlama verən diplomatik mənbə də bunu istisna etməyib.

Mənbə vurğulayıb ki, Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə təsir göstərmir:

“Rusiya dost ölkələrlə münasibətlərdə stop-list praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, daha əvvəl bir sıra Rusiya qanunvericilərinə Azərbaycana giriş qadağası qoyulmuşdu. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevə aiddir”.

Chosen
0
7
qafqazinfo.az

8Sources