EN

Mahaçqalada atışma: 4 ölü, 7 yaralı – VİDEO

Mahaçqalada baş verən silahlı insident nəticəsində 7 nəfər xəsarət alıb. Bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

KONKRET.az xəbər verir ki, yaralananlar arasında iki mülki şəxs olub. Onlardan biri 17 yaşlı qızdır. Nazirliyin verdiyi məlumata görə, xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.

Dağıstan Daxili İşlər Nazirliyi daha əvvəl üç polis əməkdaşının həlak olduğunu bildirib. Hücum edənlərdən ikisi hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib, digər iki şəxs isə DYP-yə məxsus avtomobili ələ keçirərək hadisə yerindən qaçıb. Qeyd olunan avtomobil daha sonra şəhər küçələrindən birində fərdi yaşayış evinin divarına çırpılmış vəziyyətdə tapılıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsd maddəsi ilə cinayət işi açılıb.

Natiq Səlim,
KONKRET.az

Chosen
0
1
konkret.az

2Sources