EN

Gəncədə qanunsuz tikili söküldü - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır.

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin Azərbaycan Bayrağı küçəsində dövlət mülkiyyətində olan torpağın zəbtinin qarşısı alınıb.

Bununla yanaşı, Nizami kinoteatrının qarşısında yerləşən və “Nizami Parkı” kimi tanınan ərazidə qanunsuz olaraq yüngül konstruksiyadan quraşdırılmış iaşə obyektinin söküntüsü də təmin olunub.

Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.







Chosen
0
8
qafqazinfo.az

10Sources