EN

Sosial şəbəkədə açıqladı - 21 ildən sonra Premyer Liqa klubundan ayrılır

Trent Aleksander-Arnold cari mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi bu barədə sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“Liverpul”un yetirməsi olan və 2004-cü ildən “qırmızılar”ın formasını geyinən 26 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Aleksander-Arnold mersisaydlıların heyətində meydana çıxdığı 352 oyunda 23 qol və 92 məhsuldar ötürmə ilə yadda qalıb. Onun daha əvvəl “Real”la müqavilə imzalayacağı bildirilirdi.

Chosen
0
sportinfo.az

1Sources