EN

Niderland AİB-i özəl kapitalın səfərbər edilməsində yüksək tempi saxlamağa çağırıb

Milan. Trend:

Niderland Asiya İnkişaf Bankını (AİB) özəl kapitalın səfərbəredilməsində yüksək tempi saxlamağa çağırıb.

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu AİB-in Niderlandüzrə alternativ idarəçi vəzifəsini icra edən Jerom Laroş bu gün AİBidarə heyəti şurasının biznes-sessiyasında çıxışı zamanıbildirib.

"Bankın səmərəliliyini artırmaq üçün üç əsas tövsiyəni qeydetmək istərdik: Birincisi, biz AİB-ni özəl kapitalın səfərbəredilməsində yüksək tempi saxlamağa çağırırıq, xüsusən də inkişafaən çox ehtiyacı olan ölkələrdə. Özəl sektorun iştirakınınartırılması maliyyə boşluqlarının aradan qaldırılması, iqtisadidayanıqlılığın gücləndirilməsi və nəticədə Dayanıqlı İnkişafMəqsədlərinə nail olunmasına töhfə verən inklüziv inkişafın təşviqiüçün çox vacibdir", - o bildirib.

Laroş vurğulayıb ki, ikincisi, qeyri-stabillik vəziyyətindəAİB-in idarəetmə təcrübələrinin inklüzivlik, şəffaflıq vədavamlılığa sadiqliyi əks etdirməsini təmin etməklə öz əsasdəyərlərinə sadiq qalması vacibdir.

"Üzv ölkələrinin dəyişən ehtiyaclarına uyğunlaşarkən, AİB etikidarəetməni və strateji bütövlüyü təmin edərək, öz prinsiplərinəsadiq qalmalıdır. Bu, maraqlı tərəflərin etimadını və dəstəyiniqorumağa kömək edəcək, həmçinin, iqlim dəyişikliyi də daxilolmaqla, qlobal çağırışların həllinə bankın töhfəsini gücləndirəcəkvə Paris Sazişi kimi beynəlxalq müqavilələrə riayət olunmasınıtəmin edəcək", - o bildirib.

Onun sözlərinə görə, hesabatlılıq diqqət mərkəzindəolmalıdır.

"Niderland təsirə məruz qalan icmaların effektiv və əlçatanmüdafiə mexanizmlərinə daha yaxşı çıxış əldə etməsini təmin etməküçün yenilənmiş Hesabatlılıq Mexanizminin hərtərəfli və effektivtətbiqinin vacibliyini vurğulayır. Bu, regionda inkişaflayihələrində etimadı, etibarı və insan hüquqlarının müdafiəsiniqorumaq üçün vacibdir", - Laroş əlavə edib.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources