ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
5 yaşlı Əbil kəskin leykoz ilə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Türkanə Əzizova məlumat verib.
O bildirib ki, övladı 1 ildir ağır xəstəliyə düçar olub:
"Övladımın xəstəliyini öyrənəndə əlimdə olan hər şeyi satdım. Televizor, soyuducu, qızıllarım, hamısı satıldı. 2 övladım var. Tək anayam. Şirniyyat sexində işləyirəm. Övladlarım üçün ən yaxşısını etməyə çalışsam da, tək gücüm çatmır. Əbilə 13 yaşlı oğlum baxır ki, mən işləyib evə çörək ala bilim. Əbilin xəstəliyini öyrənən kimi atası bizdən imtina etdi. Dedi ki, ona xəstə uşaq lazım deyil. Xalqımdan xahiş edirəm, bizə kömək olsunlar. Mən artıq tükənmiş bir vəziyyətdəyəm. Nə müalicə, nə də evin pulunu çatdıra bilmirəm artıq. Əbilin ilkin xərclərini qarşılamaq üçün bizə 2 500 manat lazımdır".
Əlaqə nömrəsi: 051 927 81 64
Rabitə bank: 4189 8000 8693 8162
View this post on Instagram
A post shared by Ebil.ezizov.leykoz_ (@ebil.ezizov.leykoz_)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.