EN

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasının hazırlıqlarına başlayıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Qızıl Liqasına hazırlıqlarına start verilib.

Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələrinin iştirakı ilə təşkil edilib.

Milli komandanın baş məşqçisi Faiq Qarayev yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verib. O, komandanın bir neçə gün Bakıda məşq edəcəyini, sonra isə təlim-məşq toplanışına yollanacağını deyib.

Daha sonra yığmanın oyunçuları Katerina Jidkova və Aynur İmanova yarışda yüksək səviyyədə çıxış etmək üçün əllərindən gələni edəcəklərini bildiriblər və hər kəsə uğurlar arzulayıblar.

Qeyd edək ki, Azərbaycan millisinin yekun heyətilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
0
icma.az

1Sources