EN

Müəllimə hücum edildi

Türkiyə - Aydında müəllim bıçaqlanıb.

News24.az xəbər verir ki, yol kənarında hərəkətsiz vəziyyətdə yatan bir nəfəri görənlər vəziyyəti 112-yə bildiriblər.

Hadisə yerinə gələn sağlamlıq qrupları döyülmə və bıçaq xəsarətləri alan şəxsi xəstəxanaya çatdırıb.

Qeyd edək ki, yaralının ölüm təhlükəsinin olduğu öyrənilib.

Yaralının özəl uşaq bağçasında müəllim olaraq işlədiyi öyrənilib.

Şübhəli və ya şübhəlilərin tutulması üçün əməliyyat başladılıb.

Günel Məlikzadə

Chosen
0
news24.az

1Sources