EN

Təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

5 may 2025 -ci il tarixində Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş  "Təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib.

Aksiya Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Şüvəlan  qəsəbəsinin dəniz sahilində keçirilən iməcilikdə Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının könüllüləri iştirak edib. 

Aksiya zamanı geniş bir ərazi plastik və digər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

 Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
0
3
icma.az

4Sources