EN

AB 2027-ci ilə qədər Rusiya qazından imtina etmək istəyir: "Bloomberg" təfərrüatları öyrəndi

Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya qazının idxalından tamamilə imtina etməyi planlaşdırır.

Qaziler.az bildirir ki, bu barədə Aİ-nin gələcək strategiyasının təfərrüatlarını öyrənən Bloomberg agentliyi məlumat yayıb.

Avropa İttifaqı 2027-ci ilin sonuna qədər Rusiya qazının - həm boru kəməri, həm də mayeləşdirilmiş qazın idxalına tam qadağa qoymağa hazırlaşır.

Nəşrin təklifin təfərrüatları ilə tanış olan mənbələrinə görə, müvafiq təşəbbüsün rəsmi olaraq iyun ayında təqdim edilməsi planlaşdırılır.

QAZİLER.AZ

Chosen
0
1
qaziler.az

2Sources