"Attestasiya imtahanında iştirak edən 107 müəllim komissiya üzvlərinin beşi tərəfindən də "0" balla qiymətləndirilib. Müəllim var ki, 36 saat dərs aparırı, amma göstəricisi "0"dır və illərdir ki, həmin müəllimlər 1000 manatdan çox maaş alırlar"
Modern.az xəbər verir ki, bunu "İncəsənət məktəblərində müəllim keyfiyyəti" adlı tədbir zamanı Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov qeyd edib.
Mədəniyyət naziri Adil Kərimli isə qeyd edib ki, attestasiya imtahanları keçirərkən əsas məqsəd müəllimləri yox etmək deyil, onların bilik səviyyəsini öyrənməkdir.
“Düşünürdük ki, Bakı vÉ™ Sumqayıtda nÉ™ticÉ™lÉ™r daha yaxşı olacaq, amma reallıq fÉ™rqli oldu. AzÉ™rbaycan himninin müəllifini tanımayan musiqi müəllimi olmuÅŸdu. Bu mÉ™nzÉ™rÉ™ acınacaqlıdır. Amma hansı müəllimlÉ™rlÉ™ biz iÅŸlÉ™yÉ™cÉ™yik vÉ™ tÉ™limlÉ™r keçirÉ™cÉ™yik, bunlar da mÉ™lumdur, biz onlarlı tÉ™limlÉ™rÉ™ cÉ™lb edÉ™cÉ™yik”, - deyÉ™ A.KÉ™rimli bildirib.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov əlavə edib ki, təlimlər ən azı 2 ay davam edəcək və sınaq testi keçiriləcək. Göstəricilərdən sonra təlimlərin müddəti bir az da arta bilər.