EN

Masato Kanda: "ADB 2030-cu ilə qədər özəl investisiyaların həcmini dörd dəfə artırmağı planlaşdırır"

2022-ci ildən etibarən Asiya İnkişaf Bankının (ADB) özəl sektorla həyata keçirdiyi əməliyyatların həcmi iki dəfədən çox artıb və bank 2030-cu ilə qədər özəl investisiyaların həcmini dörd dəfə - ildə 13 milyard ABŞ dollarına qədər artırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə ADB-nin prezidenti Masato Kanda bankın İdarə Heyəti Şurasının 58-ci iclasının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, məhz sahibkarların, biznesin və investorların ixtira qabiliyyəti gələcəyin həllərini formalaşdırır: "Bizim vəzifəmiz xüsusilə ən həssas və ehtiyacı olan bazarlarda bu potensialı üzə çıxarmaqdır".

Bu iddialı gündəliyi həyata keçirmək üçün ADB institusional resursları artırır və maliyyə imkanlarını genişləndirir. Xüsusilə 100 milyard ABŞ dolları məbləğində əlavə potensial formalaşdırılıb ki, bu da üzv ölkələrin artan tələbatını qarşılamaq üçün növbəti onillikdə bankın illik əməliyyat həcmini 50 % - 24 milyard ABŞ dollarından 36 milyard ABŞ dollarına qədər artırmağa imkan verəcək.

M.Kanda həmçinin vurğulayıb ki, ADB rəqəmsal gömrük platformalarının tətbiqi, dayanıqlı infrastruktur üçün əlaqələndirilmiş investisiyaların istifadəsi, transsərhəd enerji və nəqliyyat sistemlərinin dəstəklənməsi, həmçinin Mərkəzi və Cənubi Asiya, eləcə də Böyük Mekonq regionu da daxil olmaqla subregional proqramlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi yolu ilə açıq regionallaşmanı fəal şəkildə təşviq edir.

Chosen
0
2
report.az

3Sources