EN

Kloppun Fabreqas planı

style='margin-bottom:10px;'>

"Red Bull"un qlobal futbol əməliyyatları rəhbəri Yurgen Klopp "Komo"nun baş məşqçisi Sesk Fabreqas ilə əlaqə saxlayıb.

QOL.az xəbər verir ki, jurnalist Fabrizio Romano məlumat yayıb. Klopp Sesk Fabreqasın "Leyptsiq"də baş məşqçi olmasını istəyir.

Klub martın sonunda qovulan baş məşqçi Marko Rouza əvəzləyici axtarır. Fabreqas cəsarətli hücum fəlsəfəsi və "Komo"da əldə etdiyi nəticələr sayəsində "Leyptsiq" rəhbərliyinin diqqətini çəkib.

37 yaşlı ispaniyalı məşqçilik karyerasına 2023-cü ildə başlayıb. Mütəxəssis "Komo" klubunun 19 yaşadək gənclərdən ibarət komandasına rəhbərlik edib. Sesk 2024-cü ildə rəsmən İtaliya klubunun başına keçib.

Chosen
0
1
teleqraf.com

2Sources