Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentnümayəndə heyəti mayın 5-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmisəfərə gəlib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Əbu-Dabi şəhərinin beynəlxalq hava limanındaspiker Sahibə Qafarovanı Birləşmiş Ərəb Əmirliklərinin FederalMilli Şurasının sədri Saqr Qobaş, Azərbaycanın BƏƏ-dəki səfiriElçin Bağırov, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovvə digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkərəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.