Mahaçqalada yol polisi əməkdaşlarına atəş açan silahlıların qaçırdığı patrul avtomobili tapılıb.
Bizim.Media xəbər verir ki, silahlı şəxslər yol polislərinə atəş açdıqdan sonra qaçırdıqları xidməti avtomobili atıb qaçıblar.
Maşında heç kim olmayıb. Cinayətkarlar avtomobili tərk edərək piyada qaçıblar. Onların axtarışları davam edir.
Xatırladaq ki, bu gün Mahaçqalada naməlum şəxslər 3 yol polisi əməkdaşına hücum ediblər. Hücum nəticəsində üç polis əməkdaşı həlak olub. Silahlı şəxslərdən ikisi öldürülüb, digər ikisi isə qaçıb gizlənib.
Bizim.Media