"Ferrari" pilotu Mayami Qran-Prisində yarış zamanı komandadan Şarl Leklerlə yerinin dəyişdirilməyini istəmişdi.

Offsideplus.az xəbər verir ki, bundan sonra monakolu pilot ona yol vermişdi. Daha sonra onlar yenidən yerlərini dəyişdiriblər. Hemilton bu məsələ barədə bunları deyib:

"Komanda və Leklerlə heç bir problemim yoxdur. Döyüşçü olduğuma görə üzr istəməyəcəyəm. Yerin dəyişdirilməsini xahiş etdiyim üçün üzr istəməyəcəyəm. Komandanın da bunu istədiyini bilirəm".

Əlavə edək ki, Mayamidəki yarışı Lekler 7-ci, Hemilton isə 8-ci yerdə bitirib.