EN

Astma xəstəsisinizsə bu saatlarda çölə çıxmayın! -Xəbərdarlıq


Çoxumuz yazın gəlişinə sevinsək də, xroniki allergiyadan əziyyət çəkənlər üçün mütəxəssislərin xəbərdarlığı var. Astma xəstələrinin, xüsusən də polenlərin çox olduğu səhərlər çölə çıxmaması lazım olduğu deyilir.

Medicina.az xəbər verir ki, türkiyəli həkim Yusuf Taha Güllü astma xəstəliyindən danışlb:

Həkim astmanın əlamətləri arasında xırıltı, döş qəfəsində sıxılma, quru öskürək və nəfəs darlığının olduğunu ifadə edib.



Dr. Güllü astmanı yaradan faktorlara da diqqət çəkib.

"Astmanı artıran bir çox ətraf mühit faktoru var. Xüsusilə yaz və yay aylarında havada yüksək konsentrasiyada olan polen astma xəstələri üçün ciddi risk yaradır. Çəmən otu, zeytun ağacı, çinar və yovşan kimi bitkilərin tozcuqları küləklə daşındıqda tənəffüs yollarını qıcıqlandıra bilər.

Polen sıxlığının çox olduğu səhər saatlarında çölə çıxmamaq, maskadan istifadə etmək, pəncərələri bağlı saxlamaq məsləhət görülür.

Başqa bir vacib səbəb ev tozudur. Yataq, xalça və pərdə kimi əşyalarda yaşayan mikroskopik orqanizmlər rütubətli və havasız mühitlərdə sürətlə çoxalırlar.

Ev mütəmadi olaraq havalandırılmalı, yataq dəstləri isti su ilə yuyulmalı və toz toplayan əşyalar azaldılmalıdır. Siqaret tüstüsü, havanın çirklənməsi, ev heyvanlarının tükü, soyuq hava, məşq və stress kimi digər səbəblər də astmalı insanlara təsir edə bilər".

Doktor Güllü, astmanın müalicə edilə bilən bir xəstəlik olduğunu və astmatik fərdlərin düzgün dərmanlar, müntəzəm həkim müayinələri və qorunma ilə sağlam həyat sürə biləcəklərini söyləyib. Astma xəstələri idman edə, səyahət edə və peşəkar karyeralarında uğur qazana bilərlər.

Aygün
Medicina.az

Chosen
0
1
medicina.az

2Sources