EN

Naxçıvanda 8 min manatlıq tütün məmulatları oğurlanıb

Babək rayonunda 8 min manatlıq tütün məmulatları oğurlayan şəxs saxlanılıb.

“Cebheinfo.az” xəbər verir ki, Babək rayonu ərazisində yerləşən marketlərin birindən 8000 manat dəyərində tütün məmulatları naməlum şəraitdə oğurlanıb.

Babək Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən F.Abbaslı müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”

Chosen
0
6
cebheinfo.az

10Sources