EN

ABŞ xarici filmlərə də rüsum tətbiq edəcək – Ən azı 100%


ABŞ Prezidenti Donald Tramp xaricdə istehsal olunan filmlərə 100% gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında məlumat yayıb.
ABŞ Prezidenti müvafiq bəyanatla xarici kinonu milli təhlükəsizliyə təhdid adlandırıb.
“Amerika kino sənayesi sürətlə ölür. Digər ölkələr rejissorlarımızı və studiyalarımızı Birləşmiş Ştatlardan uzaqlaşdırmaq üçün mümkün olan hər cür təşviqi təklif edir. “Hollivud” və ABŞ-nin digər sənayeləri müflis olur. Bu, təhlükəsizlik riskləri yaradan planlaşdırılmış hücumdur”, - Tramp deyib.
Tramp ABŞ Ticarət Nazirliyinə və ABŞ Ticarət Nümayəndəliyinə bütün xarici filmlərə tariflərin tətbiqi prosesinə dərhal başlamağı tapşırıb.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Siyahıdakı bütün ölkələrə 10%-lik, ABŞ-nin ən böyük ticarət tərəfdaşı olan 70-dən çox ölkəyə isə daha çox rüsum tətbiq edilib. Çindən gələn malların tarifləri isə bir neçə artım nəticəsində 145%-ə yüksəlib.
Chosen
0
yeniavaz.com

1Sources