"Barselona"nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı oynayıb-oynamayacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb.
Robertin adının İtaliya təmsilçisi ilə cavab oyunu üçün heyətə salındığı bildirilib.
Polşalı forvard aprelin 19-da La Liqada “Selta”ya qarşı keçirdikləri matçda (4:3) sol bud əzələsindən zədə almışdı. Bu səbəbdən o, İspaniya Kubokunun finalında "Real”la oyunu (3:2) və UEFA Çempionlar Liqasında "İnter"lə ilk görüşü (3:3) kənardan izləmək məcburiyyətində qalmışdı.
Levandovski cari mövsüm "Barselona"nın heyətində 48 matça çıxaraq 40 qolla yadda qalıb. La Liqada bombardirlərin siyahısına başçılıq edən təcrübəli ön xətt oyunçusu Çempionlar Liqasında 11 qol vurub.
"İnter" - "Barselona" dueli mayın 6-da Milanda keçiriləcək.