“Bavariya” tarixində 34-cü dəfə Almaniya Bundesliqasının qalibi olub.
Msport.az xəbər verir ki, bu, “Bayer”in “Frayburq”la 2:2 hesablı heç-heçəsindən sonra mümkün olub.
Bu çempionluq “Bavariya”nın 35 yaşlı ulduz yarımmüdafiəçisi Tomas Müllerin klubdakı 35-ci titulu olub. Müller həm “Bavariya” tarixində ən çox titul qazanan, həm də ən çox oyun keçirən futbolçudur. Onun aktivində 749 matç var. Müller həmçinin 2014-cü ildə Almaniya millisiylə dünya çempionu olub.
Qeyd edək ki, Tomas Müller cari mövsüm Bundesliqada 28 oyunda 1 qol və 4 assistlə yadda qalıb.