"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışa bilər.
Bizm.Media xəbər verir ki, Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Belə ki, "Əl-İttifaq" portuqaliyalı mütəxəssisi komandanın "sükanı arxasına" gətirmək istəyir.
Klub rəhbərliyi artıq Mourinyo ilə danışıqlara başlayıb. Ərəblər 62 yaşlı məşqçiyə 2 il üçün 50 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media