EN

Azərbaycanda məhkəmə sədri özü barədə qərar çıxardı

Naxçıvan Şəhər Məhkəməsi məsələ ilə bağlı açıqlama verib. 

Viral.az-ın məlumatına görə, bildirilib ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə verilib. Məhkəmənin hakimi Əliyeva Gülsüm Kamal qızı obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz edib: 

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə görə birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı – həmin məhkəmənin sədri həll edir.

Son Yazılar:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 109.1.7-ci maddəsinə  əsasən özü-özünə etiraz etmiş hakimin etirazıa baxmalı olan məhkəmənin sədri iş üzrə tərəf (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs) Gülnar Səfərəliyeva olduğundan etiraza baxılması məsələsi məhkəmənin sədri tərəfindən həll edilməsinin cinayət prosessual qanunvericiliyin tələbinə zidd olması nəzərə alınaraq iş və hakimə etiraz baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.

Əlavə olaraq qeyd olunur ki, Naxçıvan Şəhər Məhəməsinin sədri hakim Gülnar Səfərəliyeva özü haqqında qərar qəbul etməmiş və hakiməetiraz məsələsinə baxmayıb. Hakimin özü-özünə etirazı (Withdrawal of judges of theirown motion) isə yalnız Azərbaycan Qanunvericiliyində yox digər ölkə qanunvericiliklərində də nəzərdə tutulmuş prinsipdir”.

15:55

***

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.

Viral.az modern.az-a istinadən xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.

İşə hakim Əliyeva Gülsüm Kamal qızı baxmalı imiş. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib-yəni işə baxmaqdan imtina edib. G.Əliyeva cinayət işinə onun tərəfindən baxılmasını obyektivliyin təmin olunması baxımından məqsədəmüvafiq hesab etməyib. 

Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.

Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və qanunvericiliyə əsasən, özü özünə etiraz edib. Həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.

Chosen
0
6
viral.az

8Sources