EN

Sayğac quraşdırılsa da, işıq verilmirVideo

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, 123-cü küçədə yerləşən yarıtikili evlərin bəzilərinə işıq sayğacı quraşdırılsa da, bu evlərə işıq verilmir. Bəzi vətəndaşlar isə “Azərişıq” ASC-dan evlərinə sayğac quraşdırılmasına dair imtina cavabı alıblar.

Sakinlər bununla bağlı “Xəzər Xəbər” ə şikayət ediblər. Onların sözlərinə görə, məhəlləyə transformator qoyulsa da, evlərə elektrik enerjisi verilmir. Elektrik verilmədiyinə görə sakinlər tikdirdikləri evlərinə köçüb yaşaya bilmirlər.

Onlar məsələylə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini də deyirlər.

Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.

Chosen
0
xezerxeber.az

1Sources