EN

Pezeşkian fars düşüncəli türkdür ANALİTİK

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Aprelin 28-i İran İslam Respublikası  Prezidenti Məsud Pezeşkian  ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev arasında Bakıda görüş keçirildi.

Bu görüş Azərbaycan-İran hökumətləri arasındakı əlaqələrin güclənməsinə necə təsir göstərəcək?

Politoloq Əhəd Məmmədli Sherg.az-a bildirib ki, Pezeşkianın türkcə danışması, şeir söyləməsi xoş danışılası haldır,lakin unutmamalıyıq ki, Pezeşkian fars düşüncəli türkdür:

"Təbiiki də Azərbaycan və İran arasında bu görüşün əhəmiyyətli tərəfi olacaq. Pezeşkianın türkcə danışması, şeir söyləməsi xoş qarşılanası haldır, lakin unutmamalıyıq ki , nə qədərdə olsa Pezeşkian fars düşüncəli türkdür. Həmçinin o, fars maraqlarını öz maraqları hiss edir. Münasibətlərin normal olması üçün daim sabit, davamlı siyasət yürüdülməlidir. Bu siyasəti isə Ayətullah Xameneinin "Ekspertlər Məclis"i idarə edir. Yəni İran həm Xamanei, həm də SEPAH tərəfindən idarə olunur. Pezeşkian isə ixtisasca həkimdir, sadəcə xalqın dəstəyi ilə hakimiyyətə gəldi. Onun hardasa səmimiyyətini az da olsa qəbul etmək olar. Lakin yenə də unutmamalıyıq ki , o fars düşüncəlidir və fars rejiminə xidmət edir.

Türk dili məsələsinin həllinə gəldikdə isə, bunuda Pezeşkian yox bir başa SEPAH və Ayətullah Xamanei qərar verir.

Peseşkian təbiətcə çox səmimi, mehriban insan ola bilər. Amma onun  imkanları o qədər deyil".

Politoloq əlavə edib ki, hazırda İran üçün çətin dövrdür:

"Suriyada "HİZBULLAH" -ın zərbələr alması İranı zəiflətdi. Bu dövrdə İranın Azərbaycana ehtiyacı var. Lakin yenə İran əvvəlki vəziyətinə qayıtdıqda Azərbaycanla əıaqələri zəiflədə bilər".

Fidan Fərhad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Chosen
0
1
icma.az

2Sources