"Barselona"nın vingeri Ansu Fati mövsüm başa çatdıqdan sonra klubu tərk edəcək.
Publika.az "El Nacional"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Hansi Flik 22 yaşlı futbolçudan yaxa qurtarmaq istəyir. Flikin səbr kasasını daşıran damla Fatinin La Liqanın son turunun “ Valyadolid”lə oyunundakı (2:1) çıxışı olub. İspaniyalı forvard almaniyalını tamamilə məyus edib. Bununla o, özünü "Barsa"da qalmaq şansından məhrum edib.
2024/25 mövsümündə Ansu Fati klub səviyyəsində 11 oyun keçirib, qol vurmayıb.