EN

Yunanıstanda Populyar Turist Məkanına Bomba Gətirən Qadın Partlayışda Öldü

Yunanıstanın Saloniki şəhərində məşhur turistik məkana bomba gətirən qadın partlayışdan sağ çıxa bilməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “People” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə şənbə günü, mayın 3-də bank binasının yaxınlığında baş verib. Bomba Platonos və Agios Dimitriu küçələrinin kəsişməsindəki dayanacaqda şəxsiyyəti açıqlanmayan 38 yaşlı qadının əlində partlayıb və o, həyatını itirib.

“Görünür, o, partlayıcı qurğu daşıyırmış və onu bank bankomatına yerləşdirməyi planlaşdırırdı. Nə isə səhv getdi və partlayış onun əlində baş verdi”, – yüksək rütbəli polis rəsmisi Reuters agentliyinə bildirib.

eKathimerini nəşrinə görə , cinayətkarın artıq cinayət keçmişi var idi və hazırda bank quldurluğu və partlayışlara görə həbsdə olan “anti-avtoritar fiqur”la əlaqədə idi.

Martın sonlarında Romada qonaq evində baş verən partlayışdan sonra bir turistin bədəninin hər tərəfi yanıb. Kişi dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Chosen
0
nocomment.az

1Sources