EN

Sahibkarlara təqdim edilmiş qaimələr əsasında maliyyə dəstəyi verilir

Expressbank ASC tərəfindən təqdim olunan İnvoys maliyyələşdirilməsi məhsulu çərçivəsində təchizatçıların alıcılara qarşı olan pul tələbləri və təqdim edilmiş invoyslar bank tərəfindən maliyyələşdirilir.

Finss.az xəbər verir ki, bu məhsul üzrə maksimal maliyyələşdirmə məbləği 250 000 manata qədər müəyyən olunub. Maliyyələşdirmə müddəti 3 ayadək təşkil edir, illik faiz dərəcəsi isə 14 faizdən başlayır. Bank təqdim edilən sənəd üzrə məbləğin ƏDV nəzərə alınmadan 90 faizədək hissəsini maliyyələşdirə bilər. Birdəfəlik komissiya 1 faizdir.

Təminat olaraq üçüncü şəxsin zaminliyi və zərurət yarandıqda əlavə təminatlar tələb oluna bilər. Müştəridən hüquqi sənədlərlə yanaşı, alqı-satqı müqaviləsi, elektron qaimə siyahısı, son 12 ay üzrə vergi hesab vərəqəsi və bütün bank hesablarından çıxarışlar təqdim olunmalıdır.

Bu məhsul, xüsusilə mal və xidmət təchizatı üzrə fəaliyyət göstərən hüquqi şəxslər və sahibkarlar üçün likvidlik imkanlarını artırmağa yönəlib.

Ətraflı məlumat üçün keçid: //www.expressbank.az/az/credit/invoys-maliyyelesdirilmesi

Fuad Mədətov
Finss.az

Chosen
0
fins.az

1Sources