Yenilənmiş formada, 6 konfederasiyadan 32 komandadan ibarət klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
QOL.az xəbər verir ki, turnirdə ABŞ-ın "İnter Mayami" klubu da iştirak edəcək.
Komandanın məşhur fubolçularından biri Serxio Buskets klublararası dünya çempionatı haqda danışıb. O, "İnter Mayami"nin buna hazır olmadığını deyib:
“Mənə aydındır ki, biz hazırda klublararası dünya çempionatında mübarizə aparacaq səviyyədə deyilik. Amma çalışacağıq ki, əlimizdən gələni edək və növbəti mərhələyə adlayaq. Bunu etmək çox çətin olacaq".
Xatırladaq ki, “İnter Mayami”nin A qrupundakı rəqibləri Portuqaliyanın “Portu”, Braziliyanın “Palmeyras” və Misirin “Əl-Əhli” klublarıdır.