EN

Həkimlər niyə firma dərmanı yazır?- Detallar

Bəs əslində həkimlərin dərman seçimi nəyə əsaslanmalıdır? Dərman firmalarının həkimlərə təşviq və ya bonus təklif etməsi tibbi etika baxımından nə dərəcədə doğrudur?  Məsələ ilə bağlı professor Adil Qeybulla “Ajans.az”a deyib ki, ‘’firma dərmanı” kimi bir anlayış yoxdur: ‘’Dərmanlar müxtəlif kommersiya firmaları tərəfindən ölkəyə idxal edilir və Azərbaycan da bu baxımdan idxaldan asılı olan bir ölkədir. Bu səbəbdən, insanların dilində dolaşan bu şayiələr əsassızdır və kökündən yanlışdır.Həkimlərin dərman qeydiyyatı və dərman təyinatının kliniki protokollara uyğun olub-olmaması məsələsi isə uzun müddətdir müzakirə olunur. Bu ölkədə kliniki protokolların tətbiqi həyata keçirilmədiyi müddətcə belə şübhələr və iddialar daim mövcud olacaq. Müalicə yazmaq, həkimin konfidensial məsələsidir’’. A.Qeybulla vurğulayıb ki, həkim xəstənin ümumi vəziyyətini, yanaşı xəstəliklərini nəzərə alaraq dərman seçimi etməlidir: ‘’Lakin bu seçim kliniki protokollar çərçivəsində olmalıdır və icbari sığorta paketləri də bu protokollara əsaslanaraq tənzimlənməlidir. Bu protokollar tətbiq olunduqda, belə şübhələr və iddialar da aradan qalxacaq və müalicə prosesləri daha şəffaf olacaq. Əgər biz qərb standartlarını Azərbaycan təbabətinə daxil etmək istəyiriksə, kliniki protokolların ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirməliyik. Yəni, konkret xəstəliklərin necə müalicə olunduğu və necə müayinə edildiyi məsələsi dünya təbabətində artıq müəyyən edilmiş əsas prinsiplərə əsaslanır. Biz də bu təcrübədən faydalanmalı və ölkəmizdə tətbiq etməliyik’’.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
0
Ajans.az

1Sources