Bakı. Trend:
Carlsberg Group-un qabaqcıl innovativ texnologiyalarını tətbiqedərək, Azərbaycanda yetişdirilən yerli arpadan istehsal olunanXırdalan 0.0 alkoqolsuz pivəsi Mayın 4-də Heydər Əliyev Fondununtəşəbbüsü ilə keçirilən Bakı Marafonunun növbəti dəfə əsastərəfdaşlarından olub.
“Küləyə qalib gəl” şüarı altında səkkizinci dəfə keçirilən BakıMarafonu sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyıb.Marafonun start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olub vəyüksək iştirakçı aktivliyi ilə yadda qalıb.
İllərin unudulmaz dadı olan Xırdalan bu dəfə də tam alkoqolsuzXırdalan 0.0 pivəsi ilə marafon iştirakçılarına dəstək olub.Xırdalan 0.0 həm də 100-dən çox iştirakçı ilə Marafona qoşulub.
Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yeruğrunda mübarizə aparıblar. Kişi və qadın kateqoriyalarının hərbirində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN,3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə,eləcə də medal və sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Bakı Marafonu 2025-in tərəfdaşı Xırdalan 0.0.pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibindəkonservant yoxdur. Keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli vənəfis dadlı lager pivəsi Xırdalan 0.0 artıq istehlakçılartərəfindən böyük rəğbət qazanıb.
Carlsberg Azerbaijan-ın Baş direktoru Alius Antulisbildirib:
“Minlərlə insanın marağına səbəb olan möhtəşəm Bakı Marafonununtərəfdaşı olmaqdan qürur duyuruq. Ötən il təqdim olunanXırdalan 0.0, Azərbaycanda istehsal edilən ilk0.0% alkoqollu pivədir və marafon iştirakçılarınaklassik pivə dadını qoruyaraq təravətlənmək imkanı təqdim edir.
Bu gün Bakı Marafonunu artıq üçüncü dəfə qaçıram və finişxəttində buz kimi Xırdalan 0.0 ilə iştirakçılarısəbirsizliklə gözləyirəm!”
Şirkət haqqında məlumat:
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanınpaytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərindəyerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdətəxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar,pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeriyaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyalarınümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə"Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc1664", "Əfsanə" kimi məşhur markalardaxildir.