EN

İlham Əliyevdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN

İlham Əliyevdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMANPrezident İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, fərmanla "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə" təsdiq edilib.

Bundan başqa, sənədlə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturu" təsdiq edilib.

Nazirlər Kabineti "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bununla yanaşı, hökumət Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görməlidir.

Chosen
0
34
sonxeber.az

10Sources