Kilian Mbappe La Liqada “Real”ın heyətində keçirdiyi 30 oyunda 24 qol vurub.
Msport.az xəbər verir ki, Fransa millisinin hücumçusu İspaniya çempionatının 34-cü turunda “Selta”ya qarşı oyunda dubl edib.
O, “Real”ın 3:2 hesablı qələbəsində əsas rol oynayıb. XXI əsrdə yalnız iki futbolçu “Real”da La Liqadakı ilk mövsümündə Mbappedən çox qol vurub. Rud van Nistelroy 2006-07 mövsümündə 25, Kriştianu Ronaldo isə 2009-10 mövsümündə 26 qol vurub.
Mbappe bu matçda “Real”dakı debüt mövsümündə 35-ci və 36-cı qollarını vurub. O, indi klubun debüt mövsümündəki qol rekordu üzrə lideri olan Zamoranonun göstəricisinə çatmaq üçün cəmi 1 qola ehtiyac duyur.