EN

Dünyanın ən bəxtsiz insanı...

ABŞ-ın Kentukki ştatında yaşayan Ceyms Fartinq 167,3 milyon dollarlıq cekpot qazanıb. Onun 2 dollara aldığı kupon Kentukki tarixində ən böyük cekpot kimi qeydə alınıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  lakin kişinin bu sevinci uzun çəkməyib.  

Belə ki, Fartinq cekpotu qazanmasından bir neçə gün sonra Floridada hoteldə saxlanılıb. Onun polislər tərəfindən nəzarətə götürülməsinə səbəb hoteldə qonağa yumruq vurması olub. 

Həmçinin, Fartinq polisə də hücum çəkib. 

Fartinq və onun sevgilisi, 42 yaşlı Jaqueline Fightmaster həbs edilib. Kişinin sevgilisi sərxoşluq səbəbindən asayişi pozmaqda ittiham olunur.  Ertəsi gün qadın sərbəst buraxılıb, Ceyms Fartinq isə həbsdə qalıb. 

Gülayə Mecid 

Chosen
0
1
unikal.az

2Sources