EN

Çexiyanın Baş naziri Ukraynaya çatdırılan mərmilərin sayınıaçıqladı

2025-ci ilin əvvəlindən sursat tədarükü üzrə beynəlxalq təşəbbüs çərçivəsində Ukraynaya 500 min ədəd iriçaplı artilleriya mərmisi ötürülüb. 

Redaktor.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

“İlin əvvəlindən Ukraynaya yarım milyon iriçaplı sursat çatdırılıb”, - Fiala Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra deyib.

Çexiyanın Baş naziri həmçinin bəyan edib ki, ölkə ukraynalı pilotların Çexiyanın L-159 təyyarələrində təlimini davam etdirmək niyyətindədir.

Mayın 5-də Zelenski Çexiyaya gəlib və burada prezident, baş nazir, Deputatlar Palatasının və Senatın spikerləri, eləcə də parlament fraksiyalarının rəhbərləri ilə görüşləri planlaşdırılıb. O, həmçinin ölkədə yaşayan müdafiə şirkətlərinin rəhbərləri, tələbələr və Ukrayna icması ilə ünsiyyət qurmaq niyyətindədir.

Aytəkin TOFİQQIZI

Chosen
0
2
redaktor.az

3Sources