EN

Açıq yaraya"kolonya" tökmək olar?


Gündəlik həyatda tez-tez istifadə edilən ilk yardım üsullarından biri olan yara üzərinə odekolon ("kolonya") tökmək vərdişi mütəxəssislər tərəfindən yanlış və zərərli bir əməl kimi qiymətləndirilir.

Medicina.az xəbər verir ki, açıq yaralara yüksək miqdarda spirt olan odekolon sürtmək toxumaları zədələyə və sağalma prosesinə mənfi təsir göstərə bilər.



Həkimlər odekolonun antiseptik olmadığına diqqət çəkir və “Odekolon dərinin səthini müvəqqəti təmizləyə bilər, lakin zədələnmiş toxumalarda istifadə edildikdə yanma hissi yaradır və hüceyrələri qıcıqlandıra bilər”, deyə xəbərdarlıq edirlər.

Səhiyyə orqanları ilkin tibbi yardımda düzgün olanın yaranın təmiz su ilə yuyulması və steril bir parça ilə örtülməsi olduğunu vurğulayır və infeksiya riskini artıran təcrübələrdən qaçınılmalıdır.

Aygün
Medicina.az


Chosen
0
medicina.az

1Sources