EN

İranda həmin limanda növbəti yanğın BAŞ VERDİ

İranın Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında yanğın baş verib.

News24.az-ın İran dövlət televiziyasına istinadən məlumatına görə, konteynerlər daşınarkən maşınlardan birinin hidravlik nasosunun nasazlığı nəticəsində yanacağın ətrafa dağılması nəticəsində başlayan yanğın qısa zamanda söndürülüb.

Onu da xatırladaq ki, aprelin 26-da eyni limanda güclü partlayış baş verib. Partlayış nəticəsində onlarla insan həlak olub.

İran rəsmiləri təxminən 1200 nəfərin yaralanmasına səbəb olan partlayışın təxribat olduğuna dair hələ heç bir sübut əldə etmədiklərini açıqlamışdı. 

Daxili işlər naziri İsgəndər Mumini bildirib ki, partlayış "səhlənkarlıq" nəticəsində baş verib.

Günel Məlikzadə

Chosen
0
news24.az

1Sources