EN

Azərbaycanda müəllimləri SEVİNDİRƏCƏK XƏBƏR

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.

BAKU.WS-in məlumatına görə, artıq bu payızdan etibarən pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə güzəştli kartlar təqdim olunacaq.

Bu kartlar müəllimlərə müxtəlif sahələrdə - nəqliyyatdan alış-verişə, iaşə xidmətlərindən elektron resurslara qədər - bir sıra endirim və güzəştlərdən istifadə imkanı yaradacaq. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsədi daşıyır.

Təhsilin İnkişafı Fondunun nümayəndəsi Könül Abdulrəşidova BAKU.WS-ə bildirib ki, qurum müxtəlif partnyorlarla əməkdaşlıq edərək, təhsil sahəsinin əməkdaşları, müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva edən güzəşt kartının hazırlanması üzərində çalışır:

"Layihə çərçivəsində bu kartın çox funksional bir vasitəyə çevrilməsini hədəfləyirik. Amma bu proses müəyyən zaman tələb edir. Hazırda kartın texniki detalları üzərində işlər aparılır, bu səbəbdən dəqiq tarix vermək çətindir.

Hazırda tələbələrə bir sıra üstünlüklər təqdim edən "TələbəPlus" kartı üzərində geniş işlər aparılır. Tələbələr bu kart vasitəsilə 350-dən çox partnyorun təqdim etdiyi 75%-ə qədər endirimlərdən yararlana bilərlər.

Güzəştlər kitab mağazaları, restoranlar, əyləncə mərkəzləri və supermarketlər kimi sahələri əhatə edir. Nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı isə danışıqlar aparılır".

Orxan Hüseyn

Chosen
0
15
far.az

10Sources