EN

Ağadadaşın balta atdığı mühafizəçi qatarda əxlaqsız hərəkət etdiyi üçün həbs olunubmuş

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilovun həbs edilməsinin təfərrüatı məlum olub.

BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov aprelin 24-də məhkəmənin qərarı ilə 7 sutka inzibati qaydada həbs edilib.

Cəzasını başa vurub azadlığa çıxan Cəlilovun hansı səbəbdən həbs edilməsi məlum olub.

Məlumata görə, Nurəddin Cəlilov metroda sərnişin xanımlardan birinə qarşı əxlaqsız hərəkət edib. Xanım buna etiraz edərək yerini dəyişib. Bu zaman qatarda olan şəxslər də hadisədən xəbər tutublar və narazılıq yaranıb. Ərazidə olan polis əməkdaşı hadisəyə müdaxilə edib.

Cəlilov xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinib.

Xatırladaq ki, "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Chosen
0
17
far.az

10Sources