İsrailin Ben-Qurion hava limanı husilər tərəfindən hipersəsli ballistik raketlərlə hədəfə alınıb. Raket zərbələri nəticəsində hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bəzi reyslər dayandırılıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, məlumatı “Yerusəlim Post” nəşri yayıb.
Qeyd olunub ki, son hadisələrlə əlaqədar bir neçə beynəlxalq aviaşirkət İsrailə uçuşları 7 may tarixinədək dayandırıb.
Uçuşları dayandıran aviaşirkətlər arasında Azərbaycan Hava Yolları (AZAL) da yer alır.