Müğənni Doğuş Azərbaycanda son zamanlar gündəm olan bayağı ifaçılardan gileylənib.
Pravda.az xəbər verir ki, Doğuş bu barədə “Günaydın Azərbaycan” verilişində açıqlaması ilə diqqət çəkib.
“Çıxıb “çukutu, çukutu” deyirsən, trendlərdəsən. Nə qədər pis mahnı ifa etsən, “Tik Tok”da o qədər çox izlənirsən. Biz sənətçi və sənətkarlar da nə edəcəyimizi bilmirik. “Akuto, mukuto” deyə bir mahnı yazmaq lazımdır. Sənətçi və sənətkar musiqiçiləri küsdürməyək. Küsdürsək, təbii ki, “akuto, çukuto” çox çıxacaq. Bu, dünyanın hər yerində var. Yeni gələn ifaçıların özlərinə hörməti olsun. Ən önəmlisi də sənətə illərini vermiş sənətçilərə hörmətləri olsun. Siz bilirsiniz, o insanların qəlbində nə fırtınalar qopur? Özəl səs eşidəndə, xoşbəxt oluram. İçimdə paxıllıq yoxdur. Azərbaycanda çox gözəl səslər var. Bir də oxuya bilməyənlər var. İki nəfər kimi görünürlər, amma iki yüz nəfərdirlər...”, - o bildirib.