EN

Özbəkistandan olan idarəçi 2025-2026-cı illər üzrə AİB İdarə heyəti şurasına sədr seçilib

Milan. Trend

Özbəkistandan olan idarəçi 2025-2026-cı illər üzrə AİB İdarəheyəti şurasına sədr seçilib.

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə AİB-inİtaliyadan olan idarəedicisi Fabio Panetta AİB idarə heyətininbiznes-sessiyasında çıxışında bildirib.

Gündəmin 8-ci bəndinə keçən zaman Komitə Özbəkistandan olanidarəçinin 2025-2026-cı illərdə İdarə heyəti Şurasının sədriseçilməsini məsləhət görüb, Norveç və Taylanddan olan idarəçilərisə sədrin müavinləri seçiliblər. Onlar cari illik iclasın sonundanetibarən İdarə heyəti Şurasının 59-cu illik iclasının sonuna kimiqeyd olunan vəzifəni tutacaqlar.

Qeyd edək ki, Özbəkistan 2026-cı ildə 59-cu illik iclasa evsahibliyi edəcək.

Tədbirin gələn ilin 3-6 may tarixlərində keçirilməsi nəzərdətutulur.

İdarə heyəti şurasının biznes-sessiyaları AİB illik iclaslarınınəsas tədbirlərindən sayılır. Sessiyanın gedişində idarə heyətiqətnamələr qəbul edir, bankın maliyyə, inzibati və əməliyyatfəaliyyəti ilə bağlı sənədlər nəzərdən keçirilir və təsdiqlənir,həmçinin, qurumun gələcək fəaliyyəti üçün strateji istiqamətlərtəsbit olunur.

Bundan savayı, sessiya çərçivəsində AİB prezidenti öncəkiiclasdan etibarən əldə olunan irəliləyişlə bağlı hesabat verir,iştirakçılarla bank rəhbərliyinin əsas ismarıcları vətəşəbbüslərini paylaşır.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources