Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə vətəndaş qəbulu keçirib.
Qəbulda iştirak edən vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müxtəlif məsələlər üzrə müraciət ediblər. Hər bir müraciət qeydiyyata alınıb və aidiyyəti üzrə tapşırıqlar verilərək, məsələlərin həlli üçün müvafiq tədbirlər görülüb.
Vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və digər sosial sosial xidmətlərə dair sualları cavablandırılıb, Agentliyin fəaliyyət istiqamətləri ilə əlaqəli bütün məsələlərdə aydın izahatlar verilib.
Qəbullar müəyyən olunmuş qrafikə uyğun olaraq Agentliyin aparatında və respublikanın müxtəlif şəhər və rayonlarında mütəmadi olaraq keçirilir.
Qəbula yazılmaq üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.