BAKI, 5 may. TELEQRAF
Beynəlxalq təşkilatlarda Azərbaycan üçün ayrılan kvotanın sayı artırıla bilər.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) əsasnaməsində əksini tapıb.
Əsasnamədə qeyd olunur ki, Azərbaycannın üzv və ya müşahidəçi olduğu beynəlxalq təşkilatların orqanlarında, bölmələrində və nümayəndəliklərində (bundan sonra – beynəlxalq təşkilatların orqanları) müvafiq vəzifələr üzrə Azərbaycana kvota ayrılması və ya ayrılmış kvotanın artırılması, həmçinin Azərbaycannın üzv və ya müşahidəçi olduğu, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların orqanlarında müvafiq vəzifələrin Azərbaycannın vətəndaşları tərəfindən tutulması istiqamətində işlər aparılmalıdır.